Məhsullar
Smart Stock – Avtomatlaşdırılmış Anbar Sistemi |
Anbar işinin avtomatlaşdırılması, anbar saxlama prosesinin effektliyini yüksək səviyyəyə qaldırır. Avtomatlaşdırmanın qazandırdığı üstünlüklər danılmazdır. Hər şeydən öncə mal giriş və çıxışında, qeydiyyatında, inventarizasiyasında zaman sərfiyatı bir neçə dəfə azalır. Ən önəmlisi isə avtomatlaşdırmadan sonra insan faktoru minimuma endirildiyinə görə, mal haqqında məlumatın yığılmasında nəinki sürətə, eyni zamanda məlumatın düzgün daxil edilməsinə nail olunur. Qeydiyyatın avtomatlaşdırılması, bu sahədə çalışan personalın ixtisarına imkan yaradır. Mütəxəssislərin işi optimallaşdırılır və ehtiyac olduqda rahat şəkildə nəzarət edilə bilir. Bundan başqa avtomatlaşdırma, yerin rasional istifadəsinə imkan yaradır. Əldə edilən ən böyük nailiyyətlər:
- Hesabatların alınmasının rahatlığı;
- Mal axımının keyfiyyətli analizi;
- Əmlak oğurlanmasının qarşısının alınması.
Anbar işinin avtomatlaşdırılması şirkətin rəqabət gücünün artırılmasına xidmət edir. Bu populyar ifadə bu günkü gündə nəyi ifadə edir? Anbar işinin avtomatlaşdırılması adı altında ilk növbədə bir çox lazımi funksiyaları özündə cəmləyən müasir informasiya texnologiyalarının tətbiqi başa düşülür.
Qısaca əsasları aşağıdakı kimi sıralamaq olar:
- Sifarişlərin emalı. Bir çox avtomatlaşdırılmış anbar sistemlərində real vaxt rejimində mal sifarişi, hesab faktura və ödənişi icra etməyə imkan vardır. Hesab faktura vahid formada tərtib edilir və istənildiyi halda çap etmək vəya elektron poçt ünvanına göndərmək mümkündür.
- Anbar qeydiyyatı. Anbar işinin avtomatlaşdırılmasında bu funksiyanın yeri böyükdür. Belə ki, bu funksiyanın yaxşı icra edilməsi malların emalı və saxlanılmasına sərf edilən zamanı əsaslı şəkildə qısaldır. Bu tip müasir proqramlarda əsasən malların giriş və çıxış reqistrasiyasına, anbarlar arası malların yerdəyişməsinin qeydiyyatına və müxtəlif parametrlər üzrə malların qeydiyyatının aparılmasına imkanlar mövcud olur.
- Məlumat analizi. Avtomatlaşdırılmış anbar proqramlarının çoxu bu imkana sahib olmurlar. Amma bu funksiya, müasir şərtlərdə biznesin aparılmasında müvəffəqiyyətin müəyyənedici amili rolunu oynayır. Bu modul, operativ statistikanın aparılmasına, müxtəlif parametrlər üzrə rentabelliyin müəyyən edilməsinə və qərar vermənin əsasını təşkil edən hesabatların alınmasına imkan yaradır.
- Hesabatların alınması. Anbar işinin avtomatlaşdırılmasında hesabatların formalaşdırılmasına çox diqqət yetirilməlidir. Bu, daha effektli çalışmağa imkan verən, planlaşdırmanın vacib ünsurlarından biridir.
- Pul vəsaitinin hərəkətinə nəzarət. Bu imkan olmadan anbar işinin tam dolğun avtomatlaşdırılmasından söz edilə bilməz. Bu modulun opsiyaları arasında ödəniş tapşırıqlarının çapı, analitik funksiyalar və s. mövcuddur.
Anbar işinin tam avtomatlaşdırılması üçün tərtib edilmiş proqram təminatı aşağıdakı funksiyaları özündə cəmləməlidir:
- Malı ünvanlayaraq saxlama;
- Faylların formalaşdırılması (PDF, MS Excel, MS Word);
- Məlumat toplanması məqsədi ilə terminallarla inteqrasiya;
- Bar-kodları skan edərək məlumatın sistemə daxil edilməsi;
- Bar-kodun (ştrix kod) çap edilməsi;
- Yük gömrük deklarasiya nömrəsi ilə malın sistemdə qeydiyyatı.
Malların qoyulduğu hücrələrin nömrələri sistemə daxil edilərsə, bu mala ehtiyac duyulduğunda onu tapmaq asan olar. Eyni zamanda bu maldan yenidən alındığında onu harada yerləşdiriləcəyinə asan qərar verməyə imkan yaradar və boş hücrələr haqqda hər zaman doğru məlumata sahib olmaq olar. Dilerlərə və müştərilərə sərbəst şəkildə malların sayıları haqqda redaktə etmə imkanı olmadan məlumat əldə etmələrinə imkan yaradılmalı və onların sərbəst sifariş etmələri təmin edilməlidir. Bu tip proqramların funksional imkanları geniş olmalıdır. Belə ki, təchizatçı sifarişlərinin avtomatik yaradılması, mal ehtiyatlarının planlaşdırılması, qiymət siyahıları üzrə iş və analiz, layihə və müqavilərlə iş sahələri avtomatlaşdırılmağa ehtiyacı olanlardan bəziləridir. Bundan əlavə sistemdə mövcud qanunvericiliyə və mövcud standartlara uyğun olan formalarda sənədlərin çapı olmalıdır.
Əməliyyatlar haqqında məlumat:
- Malların qəbulu;
- Etiketləmə, bölüşdürülmə, yerləşdirilmə;
- Sifarişlərin toplanması;
- Malların anbardan çıxışı;
- Müntəzəm tam inventarizasiya;
- Keyfiyyətsiz malların emalı;
- Təchizatçıya geri qaytarmanın təşkili;
- Saxlama prosesində müəyyən edilmiş zay mallarla iş;
- Daxil olan malın vahidi haqqda məlumat;
- Anbarda saxlamanın standartlara uyğunlaşdırılması;
- Keyfiyyətə nəzarətin nəticələrinin və məsul şəxslərin qeydiyyatı;
- Malların etiketlənməsi;
- Anbar personalının və vəzifə bölgüsününü müəyyən edilməsi;
- Müştəridən geri qayıtmaların qəbulu;
Geriyə