Smart Systems Technology AZ1141, B.Vahabzadə küç. 14, Bakı, Azərbaycan
Tel: +99412 952 / ext 4 | E-mail: office@smartsoftware.az

Məhsullar

Smart Credit – Avtomatlaşdırılmış Kredit Sistemi

SMART-BOKT Avtomatlaşdırılmış BOKT Sisteminə daxil olan əsas modulların ümumiləşdirilmiş siyahısı:

  • Sistem, Oracle 19 VBİS məlumat bazası üzərində qurulmuşdur;
    Oracle 19 versiyası saxlanılan ehtiyyat məlumat bazasının sorğu-axtarış məqsədi ilə istifadəsinə imkan yaradır. Bu da əsas bazanın əlavə yüklənilməməsini təmin edərək sürəti artırır. Oracle 19 versiyası Flashback Data Archive xüsusiyyəti ilə istənilən zaman aralığında əməliyyatlara nəzarət imkanı verir. Belə ki, bu zaman aralığında bütün icra edilən əməliyyatları addım-addım izləmək mümkündür. Əvvəlki versiyasından fərqli olaraq 19 versiyasında zaman aralığı xeyli geniş tutula bilər. Oracle 19-da olan məlumat bazası əvvəlki versiyalara nisbətən daha az vaxt və daha az addımla idarə olunur.
    Hər gün artan məlumat bazasının həcmini nəzərə alaraq yeni sistemdə yeni məlumat sıxışdırma metodları vardır ki, bu da daha çox məlumatın bazada saxlanılmasını təmin edir. Sistem, beynəlxalq kodlaşma sistemi olan UNİCODE dəstəkləyir.
  • Sistem, beynəlxalq kodlaşma sistemi olan UNİCODE dəstəkləyir;
    Yeni sistem artıq unikodu dəsdəkləyəcəkdir. Belə ki, artıq, bazaya məlumat yığılması zamanı şrift seçimi sərbəst olacaqdır. Yəni müştəri haqqında məlumatları artıq, əməliyyatçı Azərbaycan şriftləri ilə sərbəst şəkildə daxil edə biləcəkdir.
  • Sistem real vaxt rejimində işləyir:
    Sistem, vahid bazada işlədiyindən, yəni baş ofis və bütün filialların əməliyyatları vahid bazada cəmləndiyindən, tam real vaxt rejimində bütövlükdə bankın fəaliyyətinə nəzarəti təmin edir və istənilən an bankın balansının alınmasına imkan verir. Sistemin real vaxt rejimində işləməsi istifadəçi üçün bir çox üstünlük qazandırır. Belə ki, istifadəçi verilən əməliyyatları dərhal görə bilir. Balansı, real dövriyyələri və digər hesabatları dərhal əldə edə bilir. Sistemin real vaxt rejimində işləməsi səbəbi ilə istifadəçilərə müəyyən hüquq və məhdudiyyətlər vermək mümkün olur.
  • Sistem, geniş imkanlara malik, bank fəaliyyətinin bütün sahələrini və departamentlərin işinin avtomatlaşdırılmasını əhatə edən aşağıda sadalanan müxtəlif modulları özündə cəmləyir.
  1. Bankın əməliyyat günü modulu.
  2. Müştərilər modulu.
  3. Balansların alinması modulu.
  4. Online ödəniş modulu.
  5. Mərkəzi Bank və bankın hesabatları.
  6. İxtıyari hesabatlar üzrə generator modulu. SD hesabat, prudensial hesabat və s.
  7. Balansdankənar hesablarla iş modulu.
  8. Kreditlər modulu.
  9. Donor modulu.
  10. Hesabdan çıxarış.
  11. Qalıq dövriyyə.
  12. Kredit modulu.
  13. Balans və tarix aralığına balans.
  14. Günün sənədlərinin analizi.
  15. Müştəri üzrə təhlil modulu.
  16. Gəlir xərc hesabatı.
  17. Gəlir zərərin avtomatik bağlanması.
  18. Bazanın avtomatik arxivləşdirilməsi.
  19. Əmək haqqı modulu.
  20. Əsas vəsaitlər modulu.
  21. SMS banking modulu. Bank müştərilərinin SMS vasitəsilə məlumatlandırılması.
  22. Girovlarin qeydi və idarə olunması.
  23. Sistem administrasiyası modulu.
  24. Sistem servisi modulu.

 

 

Geriyə

Xəbərlər

Oracle Partnership

Dünyanın ən məşhur şirkətlərindən olan ORACLE şirkətinin GOLD level Partnerluğu əldə olundu. Ətraflı

BOKT "Falcon Finance" MMC “Smart BOKT” avtomatlaşdırılmış idarəetmə sistemi proqram kompleksini tətbiq etdi

Beləliklə, daha bir Bank olmayan kredit təşkilatı “Smart BOKT” proqram təminatı ilə işləmə başladı. Müştərilərimizin sayının artması uğurlu inkişafın göstəricisidir. Ətraflı

3CX Partnership

IP telefoniya sahəsində ən son yeniliklərə imza atan 3CX şirkəti ilə Partnerluq müqaviləsi imzalandı.Ətraflı