Smart Systems Technology AZ1141, B.Vahabzadə küç. 14, Bakı, Azərbaycan
Tel: +99412 952 / ext 4 | E-mail: office@smartsoftware.az

Məhsullar

Smart Bank – Avtomatlaşdırılmış Bank Sistemi

SMART-BANK Avtomatlaşdırılmış Bank Sistemi Smart Systems Technology MMM şirkətinin əsas proqram təminatı məhsuludur. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən verilmiş 05/R-26 saylı, 11.07.2000-ci il tarixli şəhadətnaməyə uyğun olaraq, Smart Systems Technology MMM şirkəti, öz məhsulu olan SMART-BANK Avtomatlaşdırılmış Bank Sisteminin müəlliflik hüquqlarını əldə etmişdir.

SMART-BANK Avtomatlaşdırılmış Bank Sisteminin digər yerli və xarici proqram məhsullarına nisbətən əsas üstünlüklərindən bəziləri ondan ibarətdir ki, sistem Azərbaycan dili ilə yanaşı eyni anda bir neçə dildə təqdim oluna bilən, real-vaxt rejimində işləyən, yəni “ONLİNE BALANS” alınan, Mərkəzi bankın təlimatlarına və həmçinin istifadəçi bankların konkret tələblərinə uyğun olaraq daima təkmilləşdirilən və müasir standartlara uyğun olan çevik proqramdır:

  • Yeni müştəri xidmətləri modulu.
    Müştəri Xidmətləri modulunda yeni yanaşma tərzi – “Front Ofis” və “Back Ofis” anlayışlarından istifadə edilmişdir. Müştəri xidməti əməkdaşı müştəri ilə istənilən növ əməliyyatların həyata keçirilməsi üçün vahid bir pəncərədən daxil olabilir, istənilən xidməti həyata keçirdir. Həmçinin, bank əməliyyatçısı müştəri hesabları ilə deyil, biznes proseslərlə sazlanan konkret əməliyyat tipləri ilə əməliyyatları icra edir. Tətbiq olunacaq bu yeni metod artıq əməliyyatçıların mühasibatlıq bilgisi olmadan rutin əməliyyatları icra edərkən səhv etmə ehtimallarını aradan qaldıracaqdır.
  • Sistem, Oracle 19 VBİS məlumat bazası üzərində qurulmuşdur;
    Oracle 19 versiyası saxlanılan ehtiyyat məlumat bazasının sorğu-axtarış məqsədi ilə istifadəsinə imkan yaradır. Bu da əsas bazanın əlavə yüklənilməməsini təmin edərək sürəti artırır. Oracle 19 versiyası Flashback Data Archive xüsusiyyəti ilə istənilən zaman aralığında əməliyyatlara nəzarət imkanı verir. Belə ki, bu zaman aralığında bütün icra edilən əməliyyatları addım-addım izləmək mümkündür. Əvvəlki versiyasından fərqli olaraq 19 versiyasında zaman aralığı xeyli geniş tutula bilər. Oracle 19-da olan məlumat bazası əvvəlki versiyalara nisbətən daha az vaxt və daha az addımla idarə olunur.
    Hər gün artan məlumat bazasının həcmini nəzərə alaraq yeni sistemdə yeni məlumat sıxışdırma metodları vardır ki, bu da daha çox məlumatın bazada saxlanılmasını təmin edir. Sistem, beynəlxalq kodlaşma sistemi olan UNİCODE dəstəkləyir.
  • Sistem, Mərkəzi Bankın tələblərinə uyğun Standart Bank Hesab Nömrəsini (İBAN) dəstəkləyir;
    Bilindiyi kimi Mərkəzi bankın ən son layihələrindən biri olan Standart Bank Hesab Nömrəsinin (IBAN) tətbiqi ilə əlaqədar SİSTEM-də müvafiq dəyişikliklər aparılmışdır. Belə ki, artıq hesabların IBAN-a uyğun olaraq avtomatik açılması, bu hesabların bazada saxlanılması, gələn hesabların IBAN strukturuna görə yoxlanılması və yeni hesabların SİSTEM-dən alınan hesabatlarda düzgün əks olunması təmin edilmişdir.
  • Sistem real vaxt rejimində işləyir:
    Sistem, vahid bazada işlədiyindən, yəni baş ofis və bütün filialların əməliyyatları vahid bazada cəmləndiyindən, tam real vaxt rejimində bütövlükdə bankın fəaliyyətinə nəzarəti təmin edir və istənilən an bankın balansının alınmasına (ONLİNE BALANS) imkan verir.
    Sistemin real vaxt rejimində işləməsi istifadəçi üçün bir çox üstünlük qazandırır. Belə ki, istifadəçi verilən əməliyyatları dərhal görə bilir. Balansı, real dövriyyələri və digər hesabatları dərhal əldə edə bilir. Sistemin real vaxt rejimində işləməsi səbəbi ilə istifadəçilərə müəyyən hüquq və məhdudiyyətlər vermək mümkün olur.

  • Sistem, geniş imkanlara malik, bank fəaliyyətinin bütün sahələrini və departamentlərin işinin avtomatlaşdırılmasını əhatə edən aşağıda sadalanan müxtəlif modulları özündə cəmləyir:

    1. Bankın əməliyyat günü modulu
    2. Müştərilərlə iş
    3. Bankın hesabatları
      • Front Ofis (Universal Müştəri Xidməti)
    4. Kreditlər
    5. Depozitlər
    6. Məlumatlar
    7. Sistem servisi
    8. Əsas vəsaitlər
    9. Köçürmələr
      • AZİPS
      • XÖHKS
      • Digər köçürmələr və ödənişlər
    10. Idarəetmə
    11. Analiz
    12. Hesabat
    13. Büdcənin idarəolunmasi
    14. Əmlakin qeydi və idarə olunmasi
    15. Girovların qeydi və idarə olunmasi
    16. Zəmanətlərin idarəolunmasi
    17. Plastik kartlarla iş modulu
    18. Sistem administrasiyası modulu
    19. Sistem servisi modulu
    20. Valyuta dəyişmə məntəqəsinin işinin avtomatlaşdırılması modulu
    21. Sms Bildirişi Servisi
    22. Internet banking modulu
    23. Qoaml (Maliyyə monitorinqi xidməti üzrə hesabat)
    24. Əmək haqqı modulu
    25. Insan resurslarının idarəolunmasi – kadrlarla iş modulu
    26. Təchizat sistemi avtomatlaşdırılmış anbar-techizat sistem

 

Geriyə

Xəbərlər

Oracle Partnership

Dünyanın ən məşhur şirkətlərindən olan ORACLE şirkətinin GOLD level Partnerluğu əldə olundu. Ətraflı

BOKT "Falcon Finance" MMC “Smart BOKT” avtomatlaşdırılmış idarəetmə sistemi proqram kompleksini tətbiq etdi

Beləliklə, daha bir Bank olmayan kredit təşkilatı “Smart BOKT” proqram təminatı ilə işləmə başladı. Müştərilərimizin sayının artması uğurlu inkişafın göstəricisidir. Ətraflı

3CX Partnership

IP telefoniya sahəsində ən son yeniliklərə imza atan 3CX şirkəti ilə Partnerluq müqaviləsi imzalandı.Ətraflı